YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın davamlı inkişafına səs verək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın YAP Xətai rayon təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov ölkəmizdə mövcud olan demokratik seçki ab-havasından bəhs edib. Bildirib ki, hüquqi və demokratik dövlət olan Azərbaycan hər bir seçki prosesini beynəlxalq standartlara uyğun keçirir.

Vüqar Hüseynov deputatlığa namizəd Pərvanə Vəliyeva haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Pərvanə Vəliyeva isə çıxışında tarixi Zəfərimizdən geniş bəhs edərək, bu Qələbəni bizə qazandıran şəhidlərimizin xatirəsinin xalqımız tərəfindən hər zaman uca tutulduğunu bildirib. O, qeyd edib ki, 44 gün davam edən Vətən savaşında xalqımızın vətənpərvər, hünərli oğulları qəhrəmanlıq tariximizə yeni səhifələr yazıblar. Həmçinin vurğulayıb ki, ölkədə keçirilən bütün seçki proseslərinə qələbə əzmi ilə qatılan YAP qazandığı uğurlu nəticələrlə seçiciləri sevindirir.

Tədbirdə təşviqat qrupunun üzvləri - şəhid atası Mürvət Əsgərov, şəhid atası Meyvəddin Ramaldanov, Mirfaiq Mirheydərli, şəhid anası Mehriban Abdurrəhmanova və digərləri çıxış edərək 1 sentyabr parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında rolundan bəhs ediblər.

Seçicilər seçkilərdə fəal iştirak edəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.