YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Davamlı və dayanıqlı inkişaf bundan sonra da diqqət mərkəzində olacaqdır”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 43 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişilinin YAP Sumqayıt şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın hər zaman xalqa xidmət prinsipini əsas götürdüyünü qeyd edib. O, YAP-ın "Yeni dövrə Yeni Azərbaycanla!" şüarı ilə parlament seçkilərində iştirak etdiyini diqqətə çatdıraraq seçicilərin dəstəyi ilə qarşıya qoyulan hədəflərin reallaşdırılacağına əminliyini bildirib.

Deputatlığa namizəd Tahir Mirkişili Azərbaycanın çox mühüm ictimai-siyasi proses ərəfəsində olduğunu - sentyabrın 1-də ölkəmizdə parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb. Tahir Mirkişili YAP-ın seçki platforması haqqında ətraflı danışaraq vurğulayıb ki, ölkəmizdə müstəqillik dövründə köklü sosial-iqtisadi islahatlar yolu ilə bazar iqtisadiyyatına keçid təmin edilib, əlverişli biznes mühiti yaradılıb, müasir infrastruktur quruculuğu, qlobal enerji və nəqliyyat layihələri reallaşdırılaraq iqtisadiyyatın davamlı və dayanıqlı inkişafına nail olunub. Ölkənin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır.

Görüşdə çıxış edən Təbrik Quliyev, Mətanət Məhərrəmova, Şakir Abuşov seçiciləri öz fəaliyyətində xalqın mənafeyini rəhbər tutan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.