YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ümumxalq partiyasının fəaliyyəti təqdirlə qarşılanır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əhliman Əmiraslanovun seçicilərlə görüşü keçirilib.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın inkişafında müstəsna rol oynayıb və bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa öz töhfələrini verəcək. V.Rüstəmov parlament seçkilərində vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib.

Çıxış edən deputatlığa namizəd Əhliman Əmiraslanov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır: “İnsan amili və vətəndaş mənafeyinə əsaslanan sosialyönümlü islahatlar nəticəsində əhalinin həyat şəraiti yaxşılaşdırılıb. Cəmiyyətin bütün təbəqələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Əhalinin rifahının yüksəldilməsi bundan sonra da diqqət mərkəzində olacaqdır”.

Əhliman Əmiraslanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Çıxış edən Sehfulla Mehdiyev, Vüqar Kərimov və Xalid Cəfərov ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin təqdirəlayiq olduğunu vurğulayaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətini yüksək qiymətləndiriblər.

Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.