YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Daha güclü yeni Azərbaycan naminə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun YAP Beyləqan rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov tədbiri giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. O bildirib ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yüksək zirvələri fəth edir, xalqımız tarixi Zəfərlər qazanır.

Deputatlığa namizəd Şahin İsmayılov YAP-ın seçki platformasından bəhs edib, uğurlar və hədəfləri diqqətə çatdırıb. O, yeni reallıqlar fonunda qarşıda dayanan hədəflərə çatmaq üçün seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıb.

Etibar İmanov, Ələmşah Məmmədquliyev, İfrat Məhərrəmov və Əjdər Məmmədov çıxış edərək uğurlarımızın davamı və daha güclü yeni Azərbaycan naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə çağırıblar.