YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Məqsədimiz yeni qələbələrə nail olmaqdır”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun YAP Şirvan şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyası Sədri İlham Əliyevin  rəhbərliyi ilə xalqımız yeni-yeni zəfərlərə imza atmaqdadır. O, çıxışında  Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində qazanılan uğurları və qarşıda duran hədəfləri diqqətə çatdıraraq seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Heydər Əsədov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları Azərbaycanın uğurlarının əsasını təşkil edir: “Qazanılan çoxsaylı qələbələr Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olduğunu sübut edib. Hazırda qarşımızda dayanan başlıca məqsəd yeni qələbələrə nail olmaqdır”.

Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə təbliğat qrupunun üzvləri Elçin Məlikov, Əfqan Həsənov və Samit Həsənov çıxış edərək YAP-ın ölkəmizə mühüm nailiyyətlər qazandırdığını bildiriblər.

Çıxış edən seçicilər Turə Həmidova, Qardaş Abuzərov, Firuzə Babayeva, Səlim Mirzəyev, Xürrəm Qəhrəmanov və Hümbət Cəbiyev YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.