YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Biz birlikdə güclüyük!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynlinin Yevlax rayonunun Aran qəsəbəsinin, Yəldili, Quşçu və Xaldan kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

Görüşlərdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərdən söz açaraq parlament seçkilərində YAP-ın qələbə qazanmasının ölkəmizin uğurlu gələcəyi naminə son dərəcə önəmli olduğunu bildirib.

Deputatlığa namizəd Əli Hüseynli seçicilərə öncə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada nüfuz və söz sahibi olan qüdrətli dövlətə çevrilib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsinə sadiq olan Prezident İlham Əliyev bütöv və qüdrətli Azərbaycan naminə uğurlu siyasət həyata keçirməklə bir daha sübuta yetirib ki, O, sözü imzası qədər dəyərli olan Liderdir.

Əli Hüseynli seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə və firavan gələcəyə doğru birgə addımlamağa çağırıb.

Görüş zamanı çıxış edən seçicilər 1 sentyabr seçkilərində fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar. “Biz birlikdə güclüyük!”, - deyə vurğulanıb.

Qeyd edək ki, Əli Hüseynli rayonun Aran qəsəbəsində, Quşçu və Yəldili kəndlərində şəhid ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanaraq, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan şəxslərə daim xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb.