Seçki-2024
“Ölkəmizin işıqlı sabahına səs verək”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun Qusar rayonu Yuxarı Zeyxur kəndində və Samur qəsəbəsində seçicilərlə görüşü keçirilib.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Yeni Azərbaycan Partiyasının böyük uğurlara imza atdığını və budəfəki seçkilərə də qələbə əzmi ilə getdiyini söyləyib.
Çıxış edən deputatlığa namizəd Azər Badamov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O, bildirib ki, seçkilərin bütün ölkə ərazisində keçirilməsi müasir dövlətçilik tariximizin qürurverici səhifəsi və Azərbaycanın qüdrətinin ifadəsidir.
Tədbirdə təşviqat qrupunun üzvü Fərhad Pirmətov, kənd ağsaqqalı Şair Bədirxanov, həmçinin görüş iştirakçılarından Mirzə İsmayılov, Hörmət Ağacanov, Roza Piraliyeva, Tənzilə Məmmədova və digərləri çıxış edərəkuğurlarımızın davamı naminə seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar. “Yeni Azərbaycan Partiyasına bir daha etimad göstərərək ölkəmizin işıqlı sabahına səs verək”, - deyə vurğulanıb.