YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ölkəmizin qarşısında yeni perspektivlər açılıb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası tərəfindən 57 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Ağalar Vəliyevin Xaçmaz rayonunda fəaliyyət göstərən Biznes Mərkəzində seçicilərlə görüşü keçirilib.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov qarşıdan gələn seçkilərə rayonda görülən hazırlıq işlərindən danışıb. O, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə Azərbaycanda uğurla reallaşdırılan nəhəng layihələr barədə məlumat verib.

Deputatlığa namizəd Ağalar Vəliyev çıxışında ölkəmizdə aparılan çox uğurlu daxili və xarici siyasətdən, dinamik inkişafdan və böyük islahatlardan danışıb. Əminliyini ifadə edib ki, seçicilər parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə “Hə” deyəcəklər.

Görüş iştirakçılarından Emil Tağıyev, Rübabə İsmayılova, Sevinc Sədullayeva, Valeh Həsənov, Arif Əşrəfov, İbrahim Həsənov, Nazim Ağayev, İskəndər Səklikov, Yetkin Mehmanov, Vüsal İskəndərov və digərləri çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıblar.

Çıxış edən seçicilər də seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.