YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP qarşıya qoyulan bütün hədəflərə doğru inamla addımlayır

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 12-də Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülən Anar Məmmədovun Tərtər rayonunun mərkəzində, eləcə də Bəyimsarov kəndində seçicilərlə  görüşü keçirilib.

Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib. Eldar Əsədov seçkilərin ölkəmizin ictimai-siyasi həyatında və gələcək inkişafında mühüm əhəmiyyəti olduğunu xüsusi vurğulayıb.

Deputatlığa namizəd Anar Məmmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev Ümumilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir. Yeni Azərbaycan Partiyası bu seçkilərə yeni hədəflər fonunda qələbə əzmi ilə qatılır. Anar Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, ölkəmizin inkişafına və  gələcəyinə səs verməyə çağırıb.

Tədbir iştirakçılarından Elçin Cahangirov, Elşən Səfərov, Amil Hüseynov  və digərləri çıxış ediblər. Çıxış edənlər 1 sentyabr parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.