YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Parlament seçkiləri növbəti qələbəmiz olacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Abşeron rayonu Mehdiabad qəsəbəsi Qarant yaşayış massivində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olduğunu bildirib. O, qeyd edib ki, partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ Zəfərindən sonra Azərbaycan dövlətinin gücü-qüdrəti daha da artıb. Bu amil parlament seçkilərində YAP-ın qələbəsini şərtləndirən əsas amillərdən biridir.

A.Fərzəliyev seçiciləri ölkəmizin və xalqımızın daha da parlaq gələcəyi naminə Yeni Azərbaycan Partiyasına səs verməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar, Böyük Qayıdış haqqında  Dövlət Proqramının əhəmiyyəti, abadlıq-quruculuq işləri, qazi və şəhid ailələrinin sosial qayğılarının dövlətimizin daim diqqətində olması haqqında seçiciləri məlumatlandırıb.

Ceyhun Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Vaqif Məhərrəmov, Elçin Hüseynbəyli və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının uğurlarından geniş bəhs ediblər.

Öz  növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.