YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Hədəflər gerçəkləşdiriləcək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Asif Yunis oğlu Əsgərovun rayonun Əliabad qəsəbəsi və Qandax kəndində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşləri giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi aparılan hərtərəfli islahatların davamıdır.

Çıxış edən deputatlığa namizəd Asif Əsgərov deyib ki, YAP-ın seçki platformasında bütün sahələrin inkişafı üzrə məqamlar əksini tapır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz möhtəşəm Zəfərlərə imza atıb. YAP-ın seçkilərə böyük uğurlarla getdiyini deyən A.Əsgərov qarşıdan gələn seçkilərin ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacağını vurğulayıb.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Nəzir Muradov, Tahir Məmmədov və partiya fəalı Yeganə Mutiyeva çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Şübhə yoxdur ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar.

Görüşdə çıxış edən seçicilər də 1 sentyabr parlament seçkilərində fəal iştirak edərək uğurların davamı üçün YAP-ın namizədinə səs verəcəklərini deyiblər.