YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Növbəti möhtəşəm qələbəyə doğru!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Oğuz rayon Baş Daşağıl və Muxas kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov qeyd edib ki, Azərbaycan xalqı qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərəcək. O, deputatlığa namizəd Eyvaz Qurbanovun keçdiyi həyat yolu haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ərazi bütövlüyünü tam təmin edən qalib Azərbaycan dövləti tarixinin ən qürurlu dövrünü yaşayır. 44 günlük müharibə və ardınca bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvası tam dağıdılıb. Biz dünyaya dövlət və millət olaraq gücümüzü göstərmiş olduq. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Azərbaycan parlament seçkilərinin keçirilməsinə hazırlaşır.

Tədbirdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Nazim Hüseynli, Təranə Zəkəriyyəyeva, Emin Cəfərov, şəhid atası Eyvaz Feyzullayev, rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov, kənd ağsaqqaları Xəlil Əliyev, Məmməd Həbibullayev, Niyazı Abdulxalıqov, Qarabağ müharibəsi veteranı Namiq Camələddinov və digərləri çıxış ediblər. Qeyd olunub ki, qarşıdan gələn parlament seçkilərində xalqımız bir daha iradəsini nümayiş etdirəcək.

Qeyd edək ki, deputatlığa namizəd rayonun Muxas kəndində şəhid ailələri və kənd ağsaqqalları ilə birgə çay süfrəsi ətrafında görüş keçirib.