YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Bərdəlilər parlaq və işıqlı gələcəyə səs verəcəklər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın Bərdə rayonu Gülgəzli və Vəliuşağı kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşlərdə Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiyanın seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını və  ümumxalq partiyası kimi ötən müddət ərzində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini deyib.

Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım bildirib ki, Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, respublikamız beynəlxalq aləmdə çox böyük nüfuza malik olan ölkəyə çevrilib. O qeyd edib ki, bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə güvənir. 

Şəhid anası Mehparə Qəribova çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u ilə, Vətənin qəhrəman övladlarının fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyinin bərpa edildiyini, hər bir azərbaycanlının ən müqəddəs arzusunun yerinə yetirildiyini qeyd edib.

Seçicilər də öz növbəsində sentyabrın 1-də seçki məntəqələrinə gedəcəklərini, Azərbaycanın qazandığı tarixi uğurların davamına səs verəcəklərini deyiblər.

Qeyd edək ki, həmin gün Fatma Yıldırım Gülgəzli kəndində şəhid Orxan Əliyevin ailəsini ziyarət edib, Vəliuşağı kəndində kənd sakinləri ilə görüşlər keçirib.