YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Sabirabadlıların seçimi bəllidir

2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 68 saylı Sabirabad- Şirvan seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Kamal Xaqani oğlu Cəfərovun Sabirabad rayonu, Qaraqaşlı kənd tam orta məktəbində Quruzma, Qəzli və Qaraqaşlı kəndlərindən olan seçicilərlə görüşü baş tutub.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyasının artıq 32 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etməsindən, xalqın sevgisini və dəstəyini qazanmasından və ölkəmizdəki sabitliyin təminatındakı avanqard rolundan danışıb. O, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynadığını qeyd edib.

Çıxışında deputatlığa namizəd Kamal Cəfərov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Daha sonra bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində inkişafın Azərbaycan modeli bir çox dövlətlər üçün nümunədir. Azərbaycanın bütün sahələr üzrə inkişaf göstəricilərinin qeydə alınması bir daha sübut edir ki, müstəqilliyimiz sarsılmazdır, əbədidir, dönməzdir.

Tədbirdə çıxış edənlər seçiciləri yeni dövrün yeni hədəflərinin reallaşması naminə parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Kamal Cəfərov Kovlar kənd tam orta məktəbində  Axısxa, Yenikənd və Kovlar kəndlərindən olan seçicilərlə də görüş keçirib.