Seçki-2024
YAP uğurlara imza atmaqda davam edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 110 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin Balakən rayonu Qullar kəndinin seçiciləri ilə görüşü keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatının sədri Azad Balayev çıxış edərək seçkilərin əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında yeri və rolu barədə danışıb.
Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Azərbaycanın sosial-iqtisadi inkişafından söz açan Nəsib Məhəməliy bildirib ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu məqsədlə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı” qəbul edilmiş və hazırda icra olunmaqdadır. O, işğaldan azad edilmiş bütün ərazilərdə də parlament seçkilərinin keçriləcəyini xüsusi vurğulayıb.
Görüş iştirakçıları Nemət Süleymanov, Sabir Qardaşov, Rəşad Alsoinov və başqaları çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər “seçimimiz dünənin, bugünün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasıdır!”, - deyə vurğulayıblar.