YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP-ın uğurlarının arxasında xalqın inamı dayanır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin YAP Saatlı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüş Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. O bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.

Çıxış edən deputatlığa namizəd Əziz Ələkbərli əvvəlcə parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən danışıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası həyatın bütün sahələrini əhatə etməklə yanaşı, eyni zamanda bütün istiqamətlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hədəflənmişdir.

Nəhayət qarşıya qoyulan mühüm hədəflərə doğru atılan qətiyyətli adddımlar nəticəsində Azərbaycanın iradəsi ilə Cənubi Qafqazda tam yeni geosiyasi konfiqurasiya yarandı, ölkəmizin obrazı yeniləndi və ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Qarabağda separatizm yuvasının tam dağıdılması ilə dünyaya dövlət və millət olaraq gücümüzü göstərmiş olduq.

Tədbirdə təşviqat qrupunun üzvləri Lütvəli Şıxəliyev, Bəylər Əliyev və Ürvət Ağayeva çıxış edərək uğurlarımızın davamı naminə seçiciləri Qafqazın ən böyük və nüfuzlu partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində ən layiqli namizəd olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini vurğulayıblar.