Seçki-2024
Ağcabədidə seçicilərlə görüşlər davam edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin rayonun Aran, Yeni Qaradolaq, Qaradolaq və Pərioğullar kəndlərində seçicilərlə görüşü keçirilib.
Tədbirlər Azərbaycanın Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşləri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını seçicilərin nəzərinə çatdırıb. Rövşən Əhmədov YAP-ın həmişə seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq, bu dəfə də partiyanın qarşıya qoyulan siyasi hədəflərə çatacağına əmin olduğunu bildirib.
Deputatlığa namizəd Tahir Rzayev isə əvvəlcə YAP-ın seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları barədə məlumat verib.
Tahir Rzayev çıxışında seçiciləri səsvermə günü seçki məntəqələrinə gələrək ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına, hər bir seçicinin yanında olacağına söz verib.
Aran kəndində seçicilər adından Edilxan Xudayarov, Əfqan Zeynalov, Yeni Qaradolaq kəndində Fəxrəddin İsgəndərov, Kamil Bağırov, Qaradolaq kəndində Fərman Süleymanov, Gövhər Məmmədova, Xəzangül Qədimalıyeva çıxış edərək, YAP-ın namizədi Tahir Rzayevi yenə də dəstəkləyəcəklərini bildiriblər.
Görüşlər Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.