Seçki-2024
Cəlilabadda seçicilərlə görüş keçirilib
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovun Cəlilabad rayon Alar və Günəşli kəndlərində seçicilərlə görüşləri keçirilib.
Görüşlərdən əvvəl deputatlığa namizəd Elman Nəsirov, YAP Cəlilabad rayon təşkilatının sədri Süleyman Mirxaslı və partiya fəalları Cəlilabad şəhərindəki Şəhidlər xiyabanını və Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Görüşlərdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının fəalı Ruslan Abbasov tarixi zərurətdən yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yoldan danışıb.
Namizəd Elman Nəsirov Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan nailiyyətlərindən danışıblar. Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz partiya olduğu vurğulanıb.
Təşviqat qrupunun üzvləri Razi Məmmədov, Əfrahim Hüseynov, Alar kənd 1 saylı məktəbin direktoru Nazim Əsgərov, kənd ağsaqqalı Bağış Mustafayev, Alar kənd 3 saylı məktəbinin direktoru İlahə Dadaşova, Günəşli kənd sakinləri şəhid atası Zakir Ağayev, təqaüdçü Aydın Səfərov, Günəşli kənd məktəbinin müəllimləri Rəfiqə Əliyeva, Mahirə Bayramova və digərləri çıxış edərək seçiciləri parlament seçkilərində Azərbaycanın dayanıqlı inkişafı yolunda YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində Azərbaycanın inkişafına, parlaq və işıqlı gələcəyinə - Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini deyiblər.