YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçicilər YAP-ın fəaliyyətini yüksək dəyərləndirir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 12-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Şahbaz oğlu Muradovun YAP Abşeron rayon təşkilatının qərargahında rayon ərazisində məskunlaşmış laçınlı seçicilərlə görüşü keçirilib.

Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq qeyd edib ki, ölkəmizin ən sürətli inkişaf dövrü məhz cənab İlham Əliyevin prezidentlik müddətini əhatə edir. Məhz bu illər ərzində həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycanın hərtərəfli inkişafı təmin edilib, Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulub və torpaqlarımız öz azadlığına qovuşub.

Çıxış edən deputatlığa namizəd Rövşən Muradov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından bəhs edib. O, Yeni Azərbaycan Partiyasının milli maraqları daim üstün tutduğunu, ölkəmizin inkişafında müstəsna rol oynadığını və işğaldan azad edilmiş ərazilərdə görülən işlərin Azərbaycan dövlətinin gücünü nümayiş etdirdiyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri - dosent Taleh Şirinov, Ağsaqqallar Şurasının üzvü, Əməkdar müəllim Varaşil Məmmədov və şəhid atası Mamed Əhmədov ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətdən danışaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətini yüksək qiymətləndiriblər.

Seçicilər çıxışlarında “Yeni dövrə Yeni Azərbaycanla!” naminə YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.

Sonra deputatlığa namizəd Rövşən Muradovun Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan laçınlı seçicilərlə görüşü keçirilib.