YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Güclü Azərbaycan naminə!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonunun Pərizamanlı, Qoşabulaq, Samanlıq və Moruxlu kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşlərdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yeni dövrdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün seçiciləri seçki günü fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Onun sözlərinə görə, bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi liderlik bacarıqlarının məntiqi nəticəsidir və ölkəmiz həm diplomatik, həm iqtisadi sahələrədə yeni uğurlara imza atmaqdadır.

Sevinc Hüseynova vurğulayıb ki, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan bu gün regionda yeni reallıqlar yaradıb. Bu dəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.

Deputatlığa namizəd çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Sahib Quliyev, Rüfət İmamquliyev, Niyaz Qasımov və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Bütün bu fundamental siyasi və iqtisadi əsaslar Yeni Azərbaycan Partiyasının seçkilərdə qələbəsini təmin edir.