YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Naxçıvan seçiciləri YAP-ın namizədlərinə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülən Eldar İbrahimovun YAP Naxçıvan şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə olduğu kimi bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını bildirib. E.Cəfərli YAP-ın parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə qatıldığından və yeni hədəflərdən bəhs edib. O, deputatlığa namizəd Eldar İbrahimov haqqında məlumat verib.

Deputatlığa namizəd Eldar İbrahimov ilk növbədə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib.

Eldar İbrahimov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Seçicilərdən Xaliq Musayev çıxış edərək Prezident İlham Əliyevin fəaliyyət və uğurlarının bütün YAP üzvlərinə qürur və fəxarət hissi yaşatdığını qeyd edib. O, əvvəlki seçkilərdə olduğu kimi 1 sentyabr günü də seçicilərin vətəndaşlıq borclarını yerinə yetirəcəklərini və layiqli namizədə səs verəcəklərini bildirib.