YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövr, yeni uğurlar

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun rayonun Mahmudavar kəndində Mahmudavar, Rüdəkənar, Molalan kənd seçiciləri ilə, Tüklə kənd Ağsaqqallar klubunda Tüklə, Birinci Tiyaqanı, Məmmədoba kənd seçiciləri ilə görüşləri keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə hazırlaşdığını, ötən dövrlərdə olduğu kimi, bu seçkilərə də hər zamankı kimi qələbə əzmi ilə getdiyini bildirib.

Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov Yeni Azərbaycan Partiyasının hər zaman xalqın inam və etimadını layiqincə doğrultduğunu, xalqın rifah halının yaxşılaşmasına, dövlətin inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb.

Azərbaycanın siyasi arenada artan nüfuzundan, regionda söz sahibi olmasından, beynəlxalq tədbirlərə evsahibliyi etməsindən bəhs edən M.Məmmədov ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasını müasir tariximizin ən mühüm hadisəsi və möhtəşəm nailiyyəti kimi dəyərləndirib. O, yeni dövrün başladığını, bu dövrdə ölkəmizin qarşısında mühüm hədəflərin durduğunu diqqətə çatdıraraq Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə milli strateji hədəflərin bundan sonra da uğurla reallaşdırılacağına əminliyini ifadə edib.

Məşhur Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Öz növbəsində tədbirdə çıxış edən Qardaş Fətullayev, Səfalı Paşayev, Şəfəqqətov Ağabala və digər seçicilər YAP-ın hər zaman vətəndaşların etimadını doğrultduğunu xüsusi vurğulayaraq, ölkənin dünəninin, bu gününün və sabahının partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.

Görüşdən sonra deputatlığa namizəd Məşhur Məmmədov şəhid ailələri və müharibə veteranlarını ziyarət edib.