Seçki-2024
Azərbaycanın inkişaf yolu
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Siyəzən rayonunun Böyük Həmyə və Balaca Həmyə kənd seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev çıxışında bildirib ki, ilk dəfə olaraq parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə keçirilməsi ölkəmizin ərazi bütövlüyünün qanunvericilik müstəvisində də təsdiqinin bir daha bariz nümünəsidir. Onun sözlərinə görə, parlament seçkiləri bir daha ölkəmizdə demokratiyanın təntənəsi olacaq.
Daha sonra çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli bildirib ki, növbəti parlament seçkiləri Azərbaycanda demokratik ənənələrin yüksək səviyyədə inkişaf etdiyini bütün dünyaya bir daha nümayiş etdirəcək. Qeyd edib ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. O, bütün seçiciləri seçkilərdə fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Sonda çıxış edən rayon ziyalıları Nəcməddin Mürvətov, Rahib Bağırov, Pirverdi Tağıyev, Rafiq Yarıyev, Sumqayıt Dövlət Universitetinin professoru Astan Bayramov uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd şəhid Ağalı Ağayev və Qardaşağa Cəbiyevin ailələrini ziyarət edib.