YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçicilər “Yeni dövrə Yeni Azərbaycanla!” gedir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 71 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Malik Əvəz oğlu Həsənovun Cəlilabad rayonunun Ağdaş və Privolnoye kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşləri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı bildirib ki, Azərbaycan parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə tam hazırdır. Seçkilərin keçirilməsi müddətinin önə çəkilməsi də bir sıra mühüm məqamlarla əlaqədardır. Öncə onu demək lazımdır ki, bu, müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tarixə düşəcək.

Daha sonra çıxış edən deputatlığa namizəd Malik Həsənov əvvəlcə YAP-ın seçki platforması haqqında geniş məlumat verib. O, həmçinin çıxışında ölkəmizin inkişaf səviyyəsinin yeni mərhələyə çatdırılmasının, dövlətimizin daha qüdrətli olmasının, vətəndaşlarımızın rifahının daha da yüksəlməsinin hakim Yeni Azərbaycan Partiyasının seçki proqramının əsasını təşkil etdiyini vurğulayıb.

M.Həsənov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və layiqli namizədə səs verməyə çağırıb. 

Tədbirdə, həmçinin Ağdaş kənd sakinlərindən Rizvan Mətiyev, Əlimardan Muradov, Soyuqbulaq kənd sakinləri Qiyas Qiyasov, Qurbanəli Məmmədov, Privolnoye kənd sakinlərindən Dəyanət Qasımov, Musa Məmmədov, Faiq Ələkbərov, Allahyar Şəmiyev və digərləri çıxış ediblər.

Çıxış edənlər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.