YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq-iqtidar birliyi sarsılmaz təməllərə söykənir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin Gəncə şəhərində seçiciləri ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, ölkəmiz demokratik inkişaf yolunda inamla irəliləyir: “Demokratik dəyərlərə sədaqət siyasi sistemin inkişafını təmin edən faktorlardan biridir. Plüralizm, insanların azadlığı və bərabərliyi, ictimai rəyin nəzərə alınması, qanunların aliliyinə riayət olunması YAP-ın fəaliyyətinin siyasi əsaslarını təşkil edir”.

B.Aslanov ölkəmizdə xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini diqqətə çatdırıb.

Deputatlığa namizəd Naqif Həmzəyev çıxışında  partiyanın seçki platforması barədə məlumat verib. O, Yeni Azərbaycan Partiyasının ötən illər ərzində keçirilən prezident, parlament və bələdiyyə seçkilərində daim qalib gələn partiya kimi tarixə düşdüyünü deyib. N.Həmzəyev Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün, sabahın partiyasıdır” fikrinin partiyanın uğurlarını və hədəflərini özündə əks etdirdiyini, Heydər Əliyev yolunun ölkəmizə bundan sonra da mühüm nailiyyətlər qazandıracağını söyləyib.

Yeni Azərbaycan Partiyasının hər zaman xalqın etimadını doğrultduğunu deyən seçicilər bu dəfə də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.