YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP Ulu Öndər Heydər Əliyevin siyasi mirasıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy şəhərində, rayonun Veyisli və Rəhimli kəndlərində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri yad edilib.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan YAP xalqın dəstəyinə güvənir. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq. Yeni Azərbaycan Partiyası böyük nailiyyətlər qazanıb və bundan sonra da uğurlu fəaliyyətini davam etdirəcək.

Görüşdə çıxış edən deputatlığa namizəd Bədəl Bədəlov öncə seçicilərə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.  Qeyd olunub ki, YAP Ulu Öndər Heydər Əliyevin siyasi mirasıdır. Ümummilli Liderimizin böyük uzaqgörənliklə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri ötən müddətdə öz reallığını təsdiq edib.

Tədbirdə, həmçinin yerli seçki qərargahının üzvü Gündüz Hacıyev, təşviqat qrupunun üzvləri Rübabə İsmayılova, Səyad Quliyev, Rəddin Məmmədov, Namiq Kərimov və digərləri çıxış ediblər.  Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası xalqın inam və etibarını qazanan partiyadır. Ona görə budəfəki seçkilərdə də partiyanın parlaq qələbəsinə şübhə yoxdur.

Görüşdə çıxış edən seçicilər də parlament seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.