Seçki-2024
Sabirabad gəncləri parlament seçkilərində fəal iştirak edəcəklər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 68 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamal Cəfərovun YAP Sabirabad rayon təşkilatının qərargahında gənclərlə görüşü keçirilib.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, dövlətimizin inkişafında gənclərin fəal olması olduqca vacibdir. Varis Rüstəmov ölkə rəhbərliyinin hər zaman gənc nəslin inkişafına diqqət və qayğısını xüsusilə vurğulayıb.
Çıxış edən deputatlığa namizəd Kamal Cəfərov gənclərin cəmiyyətin ictimai-siyasi həyatında fəal olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O əlavə edib ki, gənclərimiz dövlətçiliyə sadiqdirlər, vətənpərvərlik ruhunda tərbiyə alırlar, müasir, Vətənə, millətə bağlı və dövlətçiliyə sadiqdirlər.
Kamal Cəfərov gəncləri qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyə dəvət edib.
Tədbirdə çıxış edən gənclər seçkilərdə fəal iştirak edəcəklərini deyiblər.