YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“YAP-ın fəaliyyəti milli maraqlarımızın qorunmasına hədəflənib”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Oğuz rayonunun Qumlaq, Şirvanlı və Tayıflı kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov daim inamlı qələbələr qazanan Yeni Azərbaycan Partiyasının budəfəki seçkilərə də yüksək səviyyədə hazırlaşdığını və növbəti dəfə xalqın etimadı əsasında tarixi uğur əldə edəcəyinə inamını ifadə edib.

Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, Milli Məclisə keçirilən növbədənkənar seçkilər 7 fevral 2024-cü ildə keçirilmiş Zəfər seçkilərinin məntiqi davamıdır. “YAP daim dövlətçiliyə xidmət edir və partiyamızın fəaliyyəti Azərbaycanın milli maraqlarını qətiyyətlə qorunmasına hədəflənib”, - deyə vurğulanıb.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Günel Abdullayeva, Ceyhun Kərimov, İlkin Lətifov, şəhid atası Həsən Abdullayev, şəhid bacısı Əfsanə Qarayeva, müharibə veteranı Araz Məmmədov, kənd sakini Radilə Xəlilova və digərləri çıxış ediblər.

Qeyd edək ki, deputatlığa namizəd Eyvaz Qurbanov rayonun Qumlaq kəndində şəhid Araz Abdullayevin ailəsini ziyarət edib.