YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“İnkişafımız davam edəcək”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun Daşkəsən rayonunun Quşçu, Çovdar və Bayan kəndlərində seçicilərlə görüşü keçirilib.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bildirib ki, YAP tarixin bütün sınaqlarından şərəflə çıxaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Yeni Azərbaycan Partiyasının 700 min nəfərdən çox üzvü var. Bu fakt bir daha göstərir ki, xalqın partiyaya inamı, güvəni sonsuzdur”.

Sonra çıxış edən deputatlığa namizəd Kamran Bayramov bildirib ki, Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində hazırda Azərbaycan heç bir zaman olmadığı qədər güclü və qüdrətli ölkəyə çevrilib: “Azərbaycanın tutduğu yol ölkənin milli maraqlarını əks etdirir. Şübhə yoxdur ki, görülən işlər nəticəsində bundan sonra da inkişafımız davam edəcək!".

Tədbirlərdə, həmçinin partiya fəalları Asif Məmmədov, Narıngül Qarayeva, Məhəmməd İbrahimov, Rasim Kərimov, Nurəddin Ramazanov, Məmməd Məmmədov və Tural Abdullayev çıxış edərək seçiciləri seçkilərdə fəal iştirak etməyə və layiqli namizədə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində seçkilərdə fəal iştirak edərək YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.