YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər yürüşünün davamına qətiyyətli dəstək...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı Şəki şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərovun Şəki Dövlət Dram Teatrında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb və partiyanın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. 

Çıxış edən deputatlığa namizəd Vüqar İskəndərov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafı istiqamətində önəmli işlər görüb və mühüm nailiyyətlərə imza atıb: “Ölkəmizin aparıcı siyasi qüvvəsi olan partiyamız bütün imkanlarını səfərbər edərək yeni dövrün prioritetlərindən irəli gələn hədəflərin reallaşdırılması yönündə məqsədyönlü fəaliyyət göstərir”.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Məcid Əliyev, Şahin Şirinzadə və digərləri çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünün davamına qətiyyətli dəstək vermək üçün Yeni Azərbaycan Partiyasına növbəti dəfə etimad göstərməliyik”, - deyə vurğulanıb.