YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP şərəfli və zəngin inkişaf yolu keçib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın YAP Bərdə rayon təşkilatında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, Saatlı kəndinin seçiciləri ilə görüşü keçirilib.

Görüşdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya parlament seçkilərinin önəmindən bəhs edib.   

Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə qələbə qazanaraq şərəfli və zəngin inkişaf yolu keçdiyini, bundan sonra da öz fəaliyyətində xalqın mənafeyini əsas götürəcəyini söyləyib.

Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.   

Tədbirdə təbliğat qrupunun üzvləri - şəhid anaları İsbət Hətəmova, Mehparə Qəribova, Radə Qurbanova çıxış ediblər. Onlar seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilərdən Birinci Qarabağ müharibəsi qaziləri Elbrus Rüstəmov, Tahir Sadıqov, Müşgünaz Quliyeva, Seyid Səbuhi Yusifov və digərləri çıxış edərək YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.