YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Heydər Əliyev yolu Azərbaycanı zirvəyə yüksəldib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eldar İbrahimovun YAP Naxçıvan şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli bildirib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə yeni hədəflər fonunda qələbə əzmi ilə qatılır.

Çıxış edən deputatlığa namizəd Eldar İbrahimov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti sayəsində ölkəmizdə böyük nailiyyətlər qazanılıb. Bu siyasət Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirilərək Azərbaycanın dinamik inkişafı və davamlı yüksəlişi təmin edilib, möhtəşəm Zəfər əldə olunub. Heydər Əliyev yolu Azərbaycanı zirvəyə yüksəldib.

Öz  növbəsində çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.