YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Laçınlı seçicilər YAP-ın namizədinə səs verəcəklər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradovun YAP Nizami rayon təşkilatının qərargahında laçınlı seçicilərlə görüşü keçirilib. 

Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq partiyanın milli maraqlara xidmət edən siyasi fəaliyyəti ilə ölkəmizin inkişafına müstəsna töhfələr verdiyini bildirib.

Çıxış edən deputatlığa namizəd Rövşən Muradov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Öz növbəsində Yeni Azərbaycan Partiyası üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə qarşıda duran hədəflərin reallaşmasında mühüm rol oynayır.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Solmaz Məhərrəmova və Gültəkin Hüseynova ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar.

Görüşdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.