Seçki-2024
Seçim Yeni Azərbaycan Partiyasıdır!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Neftçala seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Fərhad Ceyhun oğlu Baxışovun seçicilərlə ilk görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Yeni Azərbaycan Partiyasının yaradılmasından, o dövrdə ölkədəki ictimai-siyasi durumdan, Ümummilli Liderin Yeni Azərbaycan Partiyasını Ümumxalq Partiyasına çevirməsindən danışıb. O bildirib ki, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Qarabağ Zəfərindən sonra Azərbaycan dövlətinin gücü-qüdrəti daha da artıb. Daha sonra deputatlığa namizəd Fərhad Baxışov haqqında seçicilərə məlumat verilib.
Çıxış edən namizəd Fərhad Baxışov YAP-ın seçki platformasından danışıb, Azərbaycanın yeni dövrdə də bütün hədəflərinə nail olacağına əminliyini ifadə edib. O, seçiciləri 1 sentyabrda fəal olmağa, seçki məntəqələrinə gələrək layiqli namizədə səs verməyə səsləyib.
Təbliğat qrupunun üzvləri Valeh Tağıyev, Bədirə Niftalıyeva və digərləri də qazanılan tarixi nailiyyətlərin davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədini dəstəkləməyə dəvət ediblər.