Seçki-2024
Qaradağ seçicilərinin seçimi YAP-ın namizədidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 37 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun Sahil qəsəbəsində seçicilərlə görüşü keçirilib.
Tədbiri açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev xalqımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbrəliyi ilə qələbədən-qələbəyə aparan Yeni Azərbaycan Partiyasının əldə etdiyi böyük uğurlardan, qarşıdakı seçkilərdə irəli sürdüyü platformadan geniş bəhs edib. Partiya tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun Qaradağ rayonunda göstərdiyi fəaliyyət haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən deputatlığa namizəd Aydın Hüseynov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu günədək böyük qələbələrə imza atmış Yeni Azərbaycan Partiyasının namizədi olmaqdan qürur duyduğunu bildirərək partiyanın seçki platforması barədə ətraflı məlumat verib. YAP Sədri, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasət nəticəsində Azərbaycanın son 21 ildə böyük inkişaf yolu keçdiyini qeyd edən deputatalığa namizəd ölkəmizin qarşısında görünməmiş perspektivlər açıldığını bildirib.
Seçiciləri qarşıdan gələn parlament seçkilərində xüsusi fəallıq göstərməyə çağıran A.Hüseynov növbəti dəfə seçiləcəyi təqdirdə qaradağlıların etimadını doğrultmaq üçün əzmlə çalışacağını bildirib.
Tədbirdə digər çıxış edənlər - “Boş Şelf” Şirkətinin nümayəndəsi Cavanşir Əliyev, YAP Qaradağ rayon seçki qərargahının üzvü Roman Nağıyev, şəhid ataları Namiq Kəlbiyev, Əjdər Mirzəliyev, Yavus Rəsulov, seçicilərdən Hacı İrzabala İbrahimov, şəhid qardaşı Etibar Seyidov, Zöhrab Babayev və digərləri çıxış edərək Aydın Hüseynovu uzun müddətdir ki, tanıdıqlarını, bu dəfə də xaqlımızın inkişafında mühüm rol oynamış YAP-ın namizədi olaraq seçkilərdə qalib gələcəyinə inandıqlarını bildiriblər.