YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tarixi Zəfər YAP-ın uğurlu siyasi fəaliyyətinin nəticəsidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 22 saylı Nəsimi-Yasamal saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Xaliq İsa oğlu Hüseynovun YAP Nəsimi rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib. 

Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan danışıb. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkədə ən güclü, monolit siyasi təşkilatdır.

Daha sonra rayon təşkilatının sədri deputatlığa namizəd Xaliq Hüseynov haqqında seçicilərə məlumat verib.

Xaliq Hüseynov partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini deyib. O vurğulayıb ki, torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin bərpası Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsidir.

Budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu deyən namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbirdə çıxış edənlər Azərbaycanın gələcək inkişafı naminə YAP-ın namizədinə dəstək olmağa səsləyiblər.