YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP inamlı qələbələr qazanıb

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Adil oğlu Salahlının Saatlı rayon Novruzlu kəndində Novruzlu, Nərimanov, Musalı və Dəlilər kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. O qeyd edib ki, YAP ölkəmizdə Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib.

Daha sonra E.Əzizov deputatlığa namizəd Səyyad Salahlı haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Səyyad Salahlı bildirib ki, ümumxalq partiyasına çevrilən, 730 mindən çox üzvü olan YAP ötən müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Bütün sahələri əhatə edən çoxşaxəli islahatların müasir çağırışlara və reallıqlara uyğun, ardıcıl olaraq davam etdirildiyi, Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, özünəməxsus inkişaf yolu olan islahatçı ölkə imici qazandığı vurğulanıb.

Səyyad Salahlı deputat seçiləcəyi təqdirdə seçicilərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib. 

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü Nəsir Aqayev və digərləri  seçkilərin dövlətin və cəmiyyətin həyatında həlledici rola malik olduğunu deyib, seçiciləri qarşıdan gələn seçkilərdə iştirak etməyə dəvət ediblər.