YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Şəmkirlilər YAP-ın namizədini dəstəkləyir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Urfan oğlu Həsənovun Şəmkir rayonunun Dəllər qəsəbəsi və Dəllər Cəyir kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ölkəmizdə bütün seçkilərin azad və demokratik keçirildiyini bildirib.

Çıxış edən deputatlığa namizəd Nurlan Həsənov isə Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın dünya miqyasında güclü dövlətə çevrildiyini deyib. Onun sözlərinə görə, mövcud reallıqlar yeni hədəflər müəyyənləşdirir. YAP-ın seçki platformasında da bu hədəflər öz əəksini tapır. O, yeni hədəflərə çatmaq üçün seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Roza Orucova, Famil Həmidov, Nizami Əhmədov, Elvira Allahverdiyeva  və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Şübhə yoxdur ki, sentyabrın 1-də  keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar.

Görüşdə çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.