Seçki-2024
YAP-ın qələbələrinin əsasında Heydər Əliyev ideyaları dayanır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Elnur Fidail oğlu Rəhimovun YAP Nəsimi rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən, parlament seçkilərinə hazırlıq işlərindən ətraflı bəhs edib.
Deputatlığa namizəd Elnur Rəhimov isə çıxışında YAP-ın bütün seçkilərdə qələbə qazandığını xatırladıb. O qeyd edib ki, bu qələbələrin əsasında Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır. E.Rəhimov seçiciləri qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər 11 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.