YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni Azərbaycan Partiyası ilə daim irəli!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Zaman Rəşid oğlu Məmmədovun YAP Yasamal rayon təşkilatınınn qərargahında gənclər, idmançılar və ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyası kimi tanınıb və xalq tərəfindən nüfuz qazanıb: “Bu gün partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, dövlət başçısı İlham Əliyevin siyasətinə sonsuz inamın göstəricisidir. Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası “Güclü dövlət, yüksək rifah!” prinsipini fəaliyyətinin önündə saxlayır, daim Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, həqiqətlərimizin təbliği istiqamətində səylərini artırır”.

Bəxtiyar Nəbiyev partiyanın hər  zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. O, deputatlığa namizəd Zaman Məmmədov haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Zaman Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, bu gün bütün Azərbaycan xalqı, o cümlədən YAP-ın sıralarında birləşən hər bir üzv qürurludur: “Tarixi Zəfərimiz hər birimizi daha uğurlu gələcək naminə hədəflərin reallığa çevrilməsinə dəstək olmağa çağırır. YAP sözlə əməl birliyi sayəsində cəmiyyətin avanqard qüvvəsi kimi nüfuzunu gündən-günə artırır”.

İlk dəfə parlament seçkilərinin ölkəmizin bütün ərazilərində keçirilməsinin vacibliyini diqqətə çatdıran deputatlığa namizəd seçiciləri səsvermə günü fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Z.Məmmmədov deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Tədbirdə, həmçinin YAP Yasamal rayon seçki qərargahının üzvləri olan Vətən müharibəsi şəhidi, kapitan Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov, Zahid Cəfərov, Hüseyn Hüseynov və Şölət Zeynalov çıxış edərək partiyanın seçki platformasından bəhs ediblər.

Seçicilər də çıxışlarında 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.