YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Hədəflər reallaşdırılacaq!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Anar Camal oğlu İsgəndərovun Girdəni kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O bildirib ki, bu gün Azərbaycan dövlətinin sosial siyasətinin başlıca məqsədi vətəndaşlara qayğı, onların maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalət prinsipinin daim qorunmasıdır. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikri həyata keçirilən sosialyönümlü siyasətin əsasını təşkil edir.

Çıxış edən deputatlığa namizəd Anar İsgəndərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib.

O, Yeni Azərbaycan Partiyasının bu zamana qədər Azərbaycanın yüksəlişində – ictimai-siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması və bir çox mühüm nailiyyətlərin əldə edilməsində müstəsna rol oynadığını deyib.

Anar İsgəndərov çıxışında seçiciləri 1 sentyabr tarixində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Tədbirdə, həmçinin şəhid anası Sevil Hüseynova, Lənkəran Dövlət Universitetinin dosenti Asif İmanlı, Havzava kənd orta məktəbinin tarix müəllimi İldırım Şükürov, Lənkəran Dövlət Universitetinin dosenti Natiq Mirzəyev və digərləri çıxış edib, seçiciləri ölkəmizin parlaq gələcəyi naminə Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Anar İsgəndərov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla anıb.