YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurların davamı naminə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Rasim Ramis oğlu Novruzovun Qobustan rayonu Cəyirli kənd seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. Təşkilat sədri deputatlığa namizəd Rasim Novruzov haqqında seçicilərə məlumat verib.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvlərindən Bəhruz Aslanov, Buğday Azadə, Atabəy Cahangirov və kənd sakini Solmaz Nağıyeva çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbə qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.