Seçki-2024
Seçicilər ən layiqli namizədə səs verəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Cəfərovun Gəncə şəhər 37 saylı tam orta məktəbin akt zalında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov parlament seçkilərinin əhəmiyyətindən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında seçicilərə ətraflı məlumat verib və bu seçkilərdə də hakim partiyanın qələbə qazanacağına əmin olduğunu bildirib.
Deputatlığa namizəd Müşfiq Cəfərov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın keçdiyi böyük inkişaf yolundan danışıb. Qalib Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam bərpa etdikdən sonra ilk dəfə olaraq keçirilən parlament seçkilərinin əhəmiyyətinə diqqəti yönəldən M.Cəfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin arxasında nəhəng siyasi güc, milyonlarla insanın siyasi iradəsi dayanır.
Görüş iştirakçılarından Eldar Zeynalov, Cavid Bağırzadə və başqaları çıxış edərək uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.