YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Biz müstəqilliyə, firavanlığa səs verəcəyik”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Kamal Xaqani oğlu Cəfərovun Sabirabad rayonu, Əhmədabad kənd Mədəniyyət evində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Yeni Azərbaycan Partiyası demokratik ənənələrə mühüm  dəyər kimi yanaşır və onları möhkəmləndirməyi əsas məqsədlərindən biri hesab edir. Partiyanın Proqramında təsbit olunan prinsiplərdən biri demokratik ənənələrin inkişafıdır. Parlament seçkiləri də bu baxımdan önəmlidir.

Çıxış edən deputatlığa namizəd Kamal Cəfərov bildirib ki, YAP öz fəaliyyətində qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, siyasi plüralizmi təşviq edir, siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir. O, parlament seçkilərinin də beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun keçiriləcəyinə əminliyini ifadə edib.   

Tədbirdə, həmçinin Əhmədabad kənd sakinləri Dəmral Qaflanov, Şahmurad Ərəbov, Şaxzada Şaxzaddinov, Ridan Həmdiyev, Xalid İsmayılov, Təməl Osmanov, Aydın Veysəlov və digərləri çıxış ediblər. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz  növbəsində çıxış edən seçicilər də müstəqillik və firəvanlıq naminə 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Həmin gün deputatlığa namizəd Kamal Cəfərov rayonun ziyalıları və  ağsaqqalları ilə də görüşlər keçirib.