YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçkilər demokratik, azad və şəffaf keçiriləcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Afət Əbil qızı  Həsənova Bakı şəhər Suraxanı rayonu, Bülbülə qəsəbəsi, III mədən küçəsində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan namizədin vəkili Seymur Şeydayev bildirib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, milli və regional təhlükəsizliyin təmin olunmasına hədəflənmiş müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb. 

Çıxış edən deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Deputatlığa namizəd bildirib ki, dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstək hazırkı dövrün reallıqlarında özünün aydın ifadəsini tapır.  Söylənilənlərin sübutu kimi son zamanlar ərzində Azərbaycanın xarici siyasətdə qazanılan uğurlarına diqqət yetirmək kifayətdir”.

A.Həsənova çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, bu seçkilərin də demokratik, azad və şəffaf keçiriləcəyinə əmin olduğunu bildirib və vurğulayıb ki, növbəti dəfə deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Tədbirdə sakinlər və digərləri çıxış edərək fəaliyəti dövründə A.Həsənovanın vətəndaşların yanında olduğunu bildrib, eləcə də təklif və müraciətlərini səsləndiriblər.

Həmçinin çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.