YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP xalqın böyük etimadı ilə seçkilərdə inamlı qələbə qazanacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Anar İlyaz oğlu Məmmədovun  Tərtər rayonunda şəhid ailələri, qazilər, ziyalılar və ağsaqqallarla, həmçinin, rayonun Borsunlu kəndindən olan  seçicilərlə görüşü keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümumilli Lider Heydər Əliyevin rayonun Mərkəzi Meydanında ucaldılmış  abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Şəhidlər Abidə Kompleksi  ziyarət olunub.

Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov parlament seçkilərinin əhəmiyyətindən bəhs edib, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığından danışıb. O, YAP-ın  hər  zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. 

Çıxış edən deputatlığa namizəd Anar Məmmədov   əvvəlcə  YAP-ın seçki platforması haqqında  seçicilərə geniş məlumat verərək deyib ki, platformada bütün sahələrin inkişafı üzrə məqamlar əksini tapır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz möhtəşəm zəfərlərə imza atıb. YAP-ın seçkilərə böyük uğurlarla getdiyini deyən A.Məmmədov qarşıdan gələn seçkilərin ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacağını vurğulayıb.

Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal olmağa və layiq bildikləri namizədlərə səs verməyə çağırıb.

Tədbir iştirakçılarından Elçin Cahangirov, Pərvanə Xuduyeva, Mehman Babayev, şəhid valideyinləri, qazilər, ziyalılar və ağsaqqallar çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.