Seçki-2024
Parlament seçkiləri növbəti qələbəmiz olacaq!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Kamran Fərhad oğlu Bayramovun Göygöl şəhərində, Balçılı, Cümşüdlü, Qırıqlı və Haçaqaya kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə qələbə qazandığını xatırladaraq partiyanın qarşıdan parlament seçkilərində böyük uğur əldə edəcəyinə əminliyini ifadə edib. Onun fikrincə, bu uğur xalqın partiyamıza olan inamının ifadəsidir.
Çıxış edən deputatlığa namizəd Kamran Bayramov isə YAP-ın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, qeyd edib ki, müasir dövrdə müstəqil Azərbaycan Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəliləyir. Uğurlu sosial-iqtisadi siyasətin və sistemli islahatların həyata keçirilməsi nəticəsində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi ildən-ilə artır. Ölkəmiz bir çox postsovet dövlətləri ilə müqayisədə həm ümumi iqtisadi gücünə, həm də milli iqtisadiyyatın kəmiyyət və keyfiyyət göstəricilərinə görə qabaqcıl yerlərdən birini tutur.
Kamran Bayramov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin YAP Göygöl rayonu üzrə seçki qərargahının üzvü Azadxan Haqverdiyev, Ofeliya Rəhimova, Dilarə Qazıyeva, partiya fəallarından Araz Abbasov, Habil İsmayılov və digərləri çıxış ediblər.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.