Seçki-2024
Növbəti qələbə əzmi!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov vurğulayıb ki, parlament seçkiləri ölkəmizdə azad və şəffaf keçiriləcək. YAP bu seçkilərə monolit formada gedir.
Daha sonra çıxış edən deputatlığa namizəd Naqif Həmzəyev yaxın tarixə nəzər salaraq xatırladıb ki, 2003-cü il 15 oktyabr tarixində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı: “Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində qazandığımız təkrarsız qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması, üçrəngli bayrağımızın işğaldan azad olunmuş torpaqlarımızda ucaldılmasını təmin edildi”. N.Həmzəyev qarşıdan gələn parlament seçkilərinin ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın demokratik inkişafının növbəti göstərici olacağını diqqətə çatdırıb.
Görüşdə həmçinin Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, şəhid anası Nərminə Məmmədova və digərləri çıxış ediblər.
Görüş iştirakçıları uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.