Seçki-2024
Yeni zəfərlər naminə...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 112 saylı Zaqatala seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Asif Yunis oğlu Əsgərovun rayonun bir sıra kəndlərində şəhid ailələri ilə görüşləri keçirilib.
Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını deyib. Daha sonra F.Ramazanov deputatlığa namizəd Asif Əsgərov haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Asif Əsgərov çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olmasından danışıb. O, əldə olunan tarixi Zəfərdə Yeni Azərbaycan Partiyasının rolunu da xüsusi qeyd edib.
Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri yeni zəfərlər naminə YAP-ın namizədinə səs verəcəklərini deyiblər.
Qeyd edək ki, həmin gün Asif Əsgərov şəhid məzarlarını da ziyarət edib, Vətənin qəhrəman övladlarının xatirəsini ehtiramla anıb.