YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Nərimanovda ilk dəfə səs verəcək gənclərlə görüş olub

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məcisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Samir Vəliyevin YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov bildirib ki, parlament seçkilərində gənclərin fəal olması olduqca vacibdir. Ölkə rəhbərliyinin hər zaman gənc nəslin inkişafına, təhsilin yüksəlişinə diqqət və qayğısını xüsusi vurğulayan Anar Abbasov gənclərin də dövlətimizin inkişafında iştirakının mütləq olduğunu qeyd edib. Onun fikrincə, bütün siyasi kampaniyalarda olduğu kimi bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və Nərimanov rayonunda seçkilərin şəffaf, demokratik və yüksək seçici aktivliyi şəraitində baş tutmasına öz töfhəsini verəcəklər.

Çıxış edən deputatlığa namizəd Samir Vəliyev seçkinin mahiyyəti, dövlət və cəmiyyət üçün əhəmiyyəti haqqında məlumat verib və qeyd edib ki, seçki hüququ insan hüquqları kontekstində böyük önəm kəsb edir. Samir Vəliyev gənclərin gələcəyimiz olduğunu diqqətə çatdıraraq, ilk dəfə səs verəcək gənclərin cəmiyyətin ictimai-siyasi həyatında fəal olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Deputatlığa namizəd əlavə edib ki, Yeni Azərbaycan Partiyası regionda yeganə siyasi təşkilatdır ki, həm gənclərin sayına, həm də cəmiyyətin aparıcı təbəqəsinə göstərdiyi diqqət və qayğıya görə liderdir.

Seçkinin vacib məsələ olduğunu bir daha vurğulayan S. Vəliyev, seçki günü bütün gəncləri seçkidə iştirak etməyə və layiqli namizədə səs verməyə dəvət edib.

Çıxış edən YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Nərminə Qədirova ilk dəfə səs verəcək gəncləri əlamətdar hadisə - seçkidə iştirak münasibətilə təbrik edib. O, səsvermə hüququnun mühüm hüquqlardan biri olduğunu vurğulayıb. N.Qədirova gənclərin inkişafı üçün Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb, dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən gənclər Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını vurğulayıblar. Bildirilib ki, hər bir seçki prosesi gənclər üçün böyük təcrübə rolunu oynayır.
Çıxış edən ilk dəfə səs verəcək gənclər onlara qarşı xüsusi diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyasına öz minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, gənclər bu seçki prosesində aktiv olmalı, ilk dəfə olmasına baxmayaraq, kütləvi şəkildə məntəqələrə gedib səs verməlidirlər.